Xəbər lenti

Şimali Koreya raketini hazır vəziyyətə gətirdi
Dünya08:24 11.04.2013

Şimali Koreya raketini hazır vəziyyətə gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bunu Yaponiyanın Müdafiə Nazirliyi bəyan edib.

Şimali Koreya Çinlə sərhəddəki Vonsan şəhəri yaxınlığında "Musudan" raketinin buraxılması üçün səyyar təchizat qaldırılmış vəziyyətə gətirilib. Bu barədə "Kyodo" agentliyi Yaponiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verir. Yapon hərbi dairələri bu məlumatın ən son peyk şəkillərinə əsasən əldə edildiyini bildirir.

Xatırladaq ki, aprelin əvvəllərində Şimali Koreyanın "Musudan" qitələrarası ballistik raketi buraxacağı ilə bağlı ehtimallar yayılmağa başlamışdı. Hesab edilir ki, bu raketin uçuş məsafəsi 3-4 min kilometr təşkil edir.

Bu yaxınlarda Yaponiya da Şimali Koreya tərəfdən hər hansı təxribatdan qorunmaq məqsədilə sərhəddə "Patriot" tipli raket-əleyhinə müdafiə sistemini işə saldığını açıqlayıb. Çin də Şimali Koreya ilə sərhədlərini bağlayıb.

Qaynar.info