Şimali Koreyanın sökdüyü uzaq mənzilli raket müəssisələrini yenidən inşa etdiyi iddia edilib.
Qaynarinfo xəbər verir ki, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi ilə Şimali Koreya barədə analitik informasiyalar paylaşmaq üçün yaradılmış "38 North" saytı bu barədə məlumat yayıb. "Tongchang-ri" ərazisində 16 fevral-2 mart tarixlərində yenidən inşa işləri həyata keçirilib.
Qeyd edək ki, söküntü işləri 12 iyun 2018-ci ildə keçirilən ABŞ-Şimali Koreya sammitindən sonra həyata keçirilmişdi. Bildirilir ki, 27-28 fevral keçirilən 2-ci zirvə görüşünün nəticəsiz qalması tikinti işlərinin sürətlənməsinə səbəb olub.
Gülşən