Xəbər lenti

Şimali Koreya Trampın yalanını ifşa etdi: Kim Çen İn ona məktub göndərməyib
Dünya17:35 19.04.2020

Şimali Koreya Trampın yalanını ifşa etdi: Kim Çen İn ona məktub göndərməyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya ABŞ prezidenti Donald Trampın Kim Çen Indan məktub alması ilə bağlı açıqlamalarını təkzib edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Pxenyan son zamanlarda Kim Çen Inın Trampa hər hansısa bir məktub göndərmədiyini açıqlayıb.
"Keçmişdə qarşılıqlı göndərilən məktublara istinad edə bilər. Bundan əmin deyilik. Amma Şimali Koreya lideri son zamanlarda ABŞ prezidentinə hər hansısa məktub göndərməyib", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Tramp bir müddət öncə verdiyi açıqlamasında Şimali Koreya ilə münasibətlərin yaxşı olduğunu bildirmiş və Kim Çen Indan xoş məktub aldığını açıqlamışdı.
"Onunla yaxşı münasibətlərimiz var. Əgər mən prezident seçilməsəydim ABŞ indi Şimali Koreya ilə müharibə edirdi. Onlarla yaxşı işlədik. Amma bunun necə nəticələnəcəyini birlikdə görəcəyik", - deyə Tramp çıxışında bildirib.
Camal