Koreya Xalq Demokratik Respublikası hakimiyyəti koronavirusla mübarizə adı altında bioloji silah hazırlaya bilər.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu versiyanı keçmiş Pentaqon rəhbərinin nüvə, kimyəvi və bioloji proqramlar üzrə köməkçisi Endryu Veber irəli sürüb. O, Pxenyanın COVID-19-a qarşı eksperimental bir peyvənd hazırlamaq və 2021-ci ildə bioloji silaha çevirmək qərarına gəldiyinə inanır. Veber on minlərlə insanın "nisbətən az miqdarda" təhlükəli maddənin qurbanına çevrilə biləcəyindən qorxur.
O hesab edir ki, eyni zamanda, Şimali Koreyanın pandemiya ilə mübarizə üçün Çin və Avropa ölkələrindən humanitar yardım istəməsi də mümkündür.
Xatırladaq ki, Çinlə qonşu olan KXDR dünyada rəsmi rəqəmlərə görə koronavirus probleminin olmadığı yeganə ölkə olaraq qalır. Bununla yanaşı 26 iyulda KXDR Cənubi Koreyadan qeyri-qanuni gəlmiş bir nəfərdə infeksiya şübhəsi olduğunu bildirmişdi.
Camal