
Cənubi Koreya Şimali Koreyanın yeni sınaqlara hazırlaşması barədə məlumat yayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkədə payızın gəlişi münasibətilə qeyd edilən "Chuseok" bayramı sonrası Şimali Koreyanın yeni sınaqlar keçirə biləcəyi idda edilir. Cənubi Koreya bu məqsədlə vəziyyətin dəyərləndirildiyini, provakasiyalara hazır olduqlarını və həyəcan vəziyyətində dayandıqlarını bildirib.
Qeyd edək ki, Şimali Koreya sentyabr ayında 6-cı və ən güclü nüvə və ballistik raket sınağını həyata keçirib. Nəticədə bu ölkəyə BMT tərəfindən ciddi sanksiya qərarı qəbul edilib.
Gülşən
Qaynarinfo.Az