Şimali Koreyada çinli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, Çin mediası avtobusun körpüdən aşaraq azı 30 nəfərin ölümünə səbəb olması barədə məlumat yayıb, daha sonra isə informasiya silinib. Çox sayda yaralının olduğu deyilir. Çin səhiyyə nazirliyi zərərçəkənlərə kömək məqsədilə Şimali Koreyaya tibbi yardım göndərib.
Qeyd edək ki, dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyanı ziyarət edən insanların 80%-ni çinli turistlər təşkil edir.
Gülşən