Xəbər lenti

Şimali Koreyadan Cənuba yeni təhdid
Dünya07:31 19.06.2020

Şimali Koreyadan Cənuba yeni təhdid

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya Cənubi Koreyaya təsəvvür belə edə bilməyəcəkləri formada hərbi qarşılıq verəcəkləri ilə təhdid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Yonqyap agentliyi məlumat yayıb. Şimali Koreya mətbuatına istinadən verilən xəbərdə gərginliyin daha da artdığına diqqət çəkilib.
"Mümkün nəticələr haqqında səs-küy salan Şimali Koreyanın düşmənləri xəyal gücündən uzaq, kar edən gurultunu üzərlərində hiss edəcəklər. Bu sadəcə başlanğıcdı. Əsgərlərimizin səbri sona çatdı. Ətraflı və ciddi müharibə planı hazırladıqlarını açıqladılar", - deyə Şimali Koreya nəşri yazıb.
Qeyd edək ki, cənubdan şimala Pxenyan rejimi əleyhibə broşür atılması iki ölkə arasında gərginliyə səbəb olub.
Camal