Xəbər lenti

Şimali Makedoniya prezidentini seçə bilmədi
Dünya09:01 22.04.2019

Şimali Makedoniya prezidentini seçə bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Makedoniyada ötən gün gerçəkləşdirilən prezident seçkilərinin nəticəsi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, 3 namizədin mübarizə apardığı seçkidə iqtidarın namizədi Stevo Pendarovski 42,84%, müxalifətin namizədi Qordana Silyanovska Davkova 42,24% səs toplayıb. Prezidentliyə digər iddialı Blerim Reka isə 10,58% səs qazana bilib.
Qeyd edək ki, 5 mayda Pendarovski və Davkovanın iştirakı ilə seçkinin 2-ci turu keçiriləcək.
Gülşən