Xəbər lenti

Şimali və Cənubi Koreya arasında görüş keçiriləcək
Dünya08:29 05.01.2018

Şimali və Cənubi Koreya arasında görüş keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreya Şimali Koreyanın faks yollayaraq görüş təklifinin qəbulu barədə məlumat verdiyi deyib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın birlik nazirliyinin sözçüsü Baik Tae-hyun jurnalistlərə açıqlama verərək iki tərəf arasında keçirilən son telefon görüşünün ardından Şimali Koreyadan belə bir cavab gəldiyini bildirib. Nazirliyin sözçüsü Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının müzakirə ediləcəyini deyib. 
Qeyd edək ki, ötən günlərdə iki tərəf arasında 2015-ci ilin dekabrından bəri ilk dəfə telefon əlaqəsi qurulmuş və Olimpiya oyunları, Şimali Koreya idmançılarının yarışda iştirakı əsas mövzu olmuşdu.
Gülşən