Şimali və Cənubi Koreya liderlərinin görüşü 27 aprel tarixində baş tutacaq.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mun Çje İnlə Kim Çen İn arasındakı görüş iki ölkə sərhəddindəki Panmunjom kəndində keçiriləcək. Bu kənddə bir bina, hətta stol belə 2 ölkə arasında bölünüb.
Qeyd edək ki, 2011-ci ildə hakimiyyətə gələn Kim Çen İn ötən günlərdə ilk səfərini Çinə gerçəkləşdirdi. May ayında isə Şimali Koreya lideri Kim Çen İn və ABŞ prezidenti Donald Tramp bir araya gələcək.
Gülşən