Xəbər lenti

Simonyan Qalkini gey və "pislik" adlandırdı: "Yaşlı qadınla evləndi"
Dünya10:55 27.04.2022

Simonyan Qalkini gey və "pislik" adlandırdı: "Yaşlı qadınla evləndi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyan iki ay əvvəl ailəsi ilə birlikdə İsrailə gedən və dünyada mövcud vəziyyətlə bağlı fikirlərini oradan bölüşən Alla Puqaçovanın əri, yumorist Maksim Qalkinin ünvanına sərt sözlər deyib.
Qaynarinfo xəbər verir ki, Tiqran Keosayanın arvadı Vladimir Solovyovun "Rossiya-1” telekanalındakı proqramında qəzəblə bildirib ki, Qalkinin "Rusiya və rus ordusunun üzərinə çirkab atmasına” qulaq asa bilmir.
Simonyan Alla Puqaçovanın həyat yoldaşını da yalan və ikiüzlülükdə ittiham edib. "Hər kəs onun homoseksual olduğunu dəqiq bilir, gözlərini yayındırmaq, varlanmaq, karyera qurmaq üçün yaşlı bir qadınla evlənir və bütün tamaşaçılarını inandırır ki, onların arasında əsl sevgi var", - Keosayanın arvadı qəzəblə deyib.
"O nə qədər iyrəncdir! Əvvəl-axır onların hamısı haqqında həqiqəti söyləyəcəyəm", - Simonyan əlavə edib və digər ulduzların qalmaqallı bəyanatlarına cavab verməyə davam edəcəyini bildirib.
Bu yaxınlarda Qalkin İsraildən gələn başqa bir videoda Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayandan qısa müddət sonra xaricə getməsini ruslara izah edib və "burada heç bir xəyanət olmadığını" vurğulayıb.
Bir gün əvvəl teleaparıcı Oskar Kuçera Puqaçovanın ərinin Rusiyada mühakimə oluna biləcəyi ilə bağlı şayiələr yaymışdı.
Alpər