Xəbər lenti

Sinəsini böyütmək istədi, komaya düşdü
Dünya11:17 21.08.2013

Sinəsini böyütmək istədi, komaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Mayami şəhərində sinəsini əməliyyat etdirmək istəyən 18 yaşlı qız əməliyyatdan sonra komaya düşüb. 

Qaynar.info-nun məlumatına görə, Linda Peres adlı qız sinəsini böyütdürmək istəyib və bunun üçün daha ucuz klinika axtarıb. Qız "Koral Qeybls" klinikasını tapıb və bu da onun ən böyük səhvinə çevrilib. 

Peres əməliyyatdan sonra narkozdan ayılmayıb. 

Valideynlərinin sözlərinə görə, onun ürəyi dayanıb və qız demək olar ki, ölüb: "İndi onun həyatı tükdən asılıdır və həyatla ölüm arasında mübarizə aparır. Linda əməliyyata sağlam girib, amma indi o tərəvəzə çevrilib".  

İndi qızın valideynləri həkimləri ittiham edirlər. Məlum olub ki, qıza narkoz verən anestezioloq həbsdə yatıb və onun lisenziyası dayandırılbmış. 

Qaynar.info