Xəbər lenti

Sinoptik yeni Buz dövrünün başlanğıc tarixini açıqladı
Dünya07:52 14.08.2021

Sinoptik yeni Buz dövrünün başlanğıc tarixini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2035-ci ildə Rusiya yeni bir iqlim dövrünün başlamasını gözləyir. 
Qaynarinfo xəbər verir ki, bu proqnozu "Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Evgeni Tişkovets "Russia Today” resursuna verdiyi müsahibədə açıqlayıb.
Sinoptikə görə, 2035-ci ildən sonra iqlim sisteminin tarazlığına qayıdış başlayacaq. Və sonra buzdövrüarası və buz dövrü deyilən vaxt gələcək. Eyni zamanda, önümüzdəki illərdə insanlar iqlim dəyişikliyinə uyğunlaşacaqlar. Belə ki, iqlim dövrünün dəyişməsi cari işlərə heç bir kritik təsir göstərməyəcək.
Rusiyada son onilliklərdə iqlim əhəmiyyətli dərəcədə dəyişib. Sinoptiklər artıq orta hava istiliyində, yağıntıların miqdarında və onların intensivliyində baş verən dəyişiklikləri müşahidə edirlər.
Alpər