Efiopiyada baş vermiş dəhşətli təyyarə qəzasının ardından Sinqapur ən yeni "Boeing 737 MAX"ın istifadəsinə qadağa qoyub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərar bu gündən etibarən qüvvəyə minir.
ABŞ Federal Hava Yolları İdarəsi isə "Boeing"in bu model təyyarəsində yenilənmələrin həyata keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, ötən gün Efiopiyada baş vermiş təyyarə qəzasında 157 nəfər həyatını itirmişdi. Ölənlərin 149-u sərnişin, 9 nəfəri isə ekipaj üzvü olub. 2018-ci ildə isə İndoneziyada baş vermiş "Boeing 737 MAX" təyyarə qəzasında 189 nəfər ölmüşdü.