Xəbər lenti

Şinzo Abedən Şimali Koreya vədi
Dünya06:32 23.10.2017

Şinzo Abedən Şimali Koreya vədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyada dünən keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, əvvəlki baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratlar Partiyası seçkilərin qalibi olub. Parlamentdə nəzərdə tutulan 465 yerdən 312-sinə Abenin rəhbərliyindəki partiya ilə Komeito Partiyasının yaratdığı koalisiya üzvləri seçilib. "Exit poll" nəticələrindən sonra açıqlama verən baş nazir əsas məsələnin Şimali Koreya olduğunu və problemin həlli üçün ciddi diplomatikanın lazımlılığını vurğulayıb. 
Şinzo Abenin ölkədə populyarlığı bir neçə ay əvvəl müzakirəyə çıxarılmış, o özünəinamı olmayan, qətiyyətsiz siyasətçi adlandırılmış, hətta onu dəstəkləyənlərin sayı kəskin azalmışdı. Lakin Şimali Koreyanın son 2 ayda həyata keçirdiyi nüvə və ballistik raket sınaqlarından və Yaponiyanın Hokkaydo adasını hədəf almasından sonra baş nazirin açıqlamaları Abenin nüfuzunu təkrar qazanmasına səbəb olmuşdu.
Bildirilir ki, nazirin seçkilərdə 2-ci dəfə qazanmasına digər səbəb Yaponiyada müxalif partiyalar arasında davam edən xaosdur.
Gülşən
Qaynarinfo.Az