
Estoniya Ədliyyə Nazirliyi dünyaya gələcək körpənin sağlamlığına zərər vuran hamilə qadınların cəzalandırılması ilə bağlı qanun hazırlayıb.
Qaynar.info xəbər verir ki, qanun layihəsi hökumətin müzakirəsinə verilib.
Qanun layihəsində qeyd olunur ki, siqaret çəkən və sağlamlığına ziyan verəcək maddələr qəbul edəcək hamilə qadınlar 96 avrodan 1600 avroya qədər cərimələnə, hətta 5 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Qaynar.info