Xəbər lenti

Siqaret çəkməyən insanlar arasında ağciyər xərçəngi halları artır - SƏBƏB
Sağlamlıq 20:31 05.02.2025

Siqaret çəkməyən insanlar arasında ağciyər xərçəngi halları artır - SƏBƏB

Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) mütəxəssislərinin məlumatına görə, dünyada heç vaxt siqaret çəkməmiş insanlarda diaqnoz qoyulan ağciyər xərçəngi hallarının sayı artmağa davam edir. Bu tendensiyanın əsas səbəblərindən biri hava çirkliliyidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet Respiratory Medicine" (LanRes) elmi jurnalında dərc olunan araşdırmada bildirilir.

2022-ci ildə təxminən 200 min adenokarsinoma- ağciyər xərçənginin ən çox rast gəlinən alt növü - halı çirklənmiş havaya məruz qalmaqla əlaqələndirilib.

Siqaret çəkməyən insanlarda ağciyər xərçəngi hazırda dünyada onkoloji xəstəliklərdən ölüm səbəbləri arasında beşinci yeri tutur. Bu qrupda rast gəlinən xərçəng hallarının 70%-ə qədərini təşkil edən adenokarsinoma həm kişilər, həm də qadınlar arasında dominant alt növ olub. 2022-ci ildə bu xəstəlik ağciyər xərçəngi hallarının kişilərdə 45,6%-ni, qadınlarda isə 59,7%-ni təşkil edib.

Araşdırmanın aparıcı müəllifi və IARC-nin xərçəngə nəzarət şöbəsinin rəhbəri doktor Freddi Brey bildirib ki, xüsusilə Böyük Britaniya və ABŞ kimi ölkələrdə siqaret çəkmə hallarının azalması ilə siqaret çəkməmiş insanlar arasında ağciyər xərçəngi hallarının sayı artır.

Hava çirkliliyinin təsiri xüsusilə Şərqi Asiya, o cümlədən Çin sakinləri arasında daha güclüdür. Burada adenokarsinomanın hava çirkliliyi ilə əlaqəli ən çox hadisəsi qeydə alınıb. Lakin bu problem digər regionlar üçün də aktualdır.

Mütəxəssislər qadınları xroniki öskürək və ya nəfəs darlığı kimi ağciyər xərçəngi simptomlarına qarşı daha diqqətli olmağa və mütəmadi tibbi müayinələrdən keçməyə çağırır. Onlar həmçinin hava çirkliliyinin səviyyəsinin azaldılması və tütün istifadəsinə nəzarət strategiyalarının hazırlanmasının vacibliyini vurğulayırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->