
Rus milyoner Yevgeny Pyatkovskynin hazırladığı yeni televiziya proqramı "Game 2: Winter" yarışması hamını şoka salıb.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, dünyada izləmə rekortları qıran bu yarışma "Hunger Games" (Aclıq Oyunları) film seriyasından ilhamlanaraq hazırlanıb.
Sibirin vəhşi təbiətinə buraxılan 30 yarışmaçı vəhşi heyvanlarla dolu meşədə 9 ay boyunca həyat mübarizəsi verir. Mənfi qırx dərəcə soyuqda 5 milyon pul uğrunda mübarizə aparacaq.
Müsabiqə təşkilatçısı Pyatkovskynin hər kəsi şoka salan bir açıqlama verib. Onun sözlərinə görə, proqramda siqaret çəkmək, içki içmək, döyüşmək, təcavüz etmək, öldürmək sərbəst olacaq. Bununla yanaşı müsabiqə şərtlərini qəbul edən iştirakçılara şouya daxil olmadan əvvəl sənəd imzalatdırılır.
2 min gizli kamera 7/24 yarışma iştirakçılarını izləyəcək. Yarışma internetdən canlı olaraq; İngilis, Çin, Ərəb, İspan, Fransız, Almanca yayımlanacaq.
Qaynarinfo.Az



