Bu gündən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin artırılması ilə bağlı məlumat yayılıb. Siqaret satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, "LD”, "Winston” və "Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb. Bundan əlavə "Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya bildirib ki, təlabat varsa, artan qiymət yeni bazar qiyməti kimi tanınacaq:
"Qiyməti siqaret satışı ilə məşğul olanlar - şirkətlər artırır. Məcburi istehlak deyil ki, almayaq. Burada tütün istehsalı satışı ilə məşğul olan şəxslər və təmərküzləşmə var. Bunları bir neçə iri şirkət və şəxslər həyata keçirdiyinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bununla məşğul olmalıdır və razılaşdırılmış qiymət təyin edilməlidir”.
Ekspert 2025-ci ildə tütün istehsalçılarına və satıcılarına yeni rüsum təyin edilməyib:
"Bundan əlavə aksiz vergisi də artırılmayıb. Amma ümumi şəkildə bizneslə əlaqədar xərclər artırılır. Minimum əmək haqqı, kommunal xərclər artırılır. Bunların hər biri siqaret satışı ilə məşğul olanların da xərcini artırır. Ölkədə ümumi infiliyasiya var”.
Bahar Rüstəmli
Şərhlər