
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı Seymur Qəhrəmanovun üzərində 5 ədəd tapança gülləsi aşkar ediblər.
“Qafqazinfo”nun xəbərinə görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, Rusiya Federasiyasına gedən S.Qəhrəmanov yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan tapança güllələrini “Kent 4” markalı siqaret qutusunda gizlədərək sərhəddən keçirmək istəyirmiş.
Qaynar.info