Xəbər lenti

Siqaretin də aksiz dərəcəsi qaldırıldı
Ekonomiks17:35 14.03.2022

Siqaretin də aksiz dərəcəsi qaldırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.
Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.
Dəyişikliklərə əsasən qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə aksiz dərəcəsi 30 manat müəyyənləşdirilib.
Dəyişikiklərlə həmçinin birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.
Qərar 30 gün sonra qüvvəyə minəcək.