Xəbər lenti

Sirt şəhəri yenidən Sarac qüvvələrinin nəzarətinə keçdi
Dünya08:11 07.01.2020

Sirt şəhəri yenidən Sarac qüvvələrinin nəzarətinə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyanın Sirt şəhəri yenidən Sarac hökumət qüvvələrinin nəzarətinə keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə İnterfax-a Rusiyanın Liviya ilə əlaqə qrupunun rəhbəri Lev Denqov məlumat verib. Onun sözlərinə görə, Milli Razılıq Hökuməti qüvvələri onlarla hərbi əsiri saxlayıb, 20 ədəd hərbi texnikanı müsadirə edib. Həmçinin Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarın tərəfində döyüşən 50 nəfər öldürülüb.
Denqov onu da qeyd edib ki, döyüşlər davam edir və vəziyyətin dəyişə biləcəyi mümkündür.
Xatırladaq ki, bir həftə öncə Haftar ordusu Sirt şəhərini ələ keçirdiyini açıqlamışdı. Bunun şəhəri müdafiə edən birliklərdən birinin Haftar tərəfinə keçməsi nəticəsində mümkün olduğu bildirilmişdi. Nəticə Sirti qorumaq mümkün olmamış və qarnizon geri çəkilməyə məcbur olmuşdu.
Qeyd edək ki, Liviyanın şərqini idarə edən Haftar qüvvələri son aylarda paytaxt Tripolini ələ keçirməyə çalışır. Faiz Saracın rəhbərlik etdiyi və beynəlxalq qurumlar tərəfindən də tanınan Milli Saziş Hökuməti isə öz növbəsində Türkiyədən hərbi yardım istəyib.
Camal