Hindistanın Uttar Pradeş əyalətinin Sambhal şəhərinin Şamsoi kəndində yol çəkilişi zamanı qalmaqal yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, çəkilən yolu yoxlamağa gələn Samacvadi partiyasının üzvü Çote Lal Divakar və oğlunu əhali etirazla qarşılayıb. Yolun razilərindən keçdiyi üçün inşaat prosesinin dayandırılmasını tələb edən 2 nəfər siyasətçi və oğlunun üstünə silah çəkiblər. Uzun mübahisədən sonra hər kəsin gözü qarşısında Divakar və oğlu vurularaq öldürülüb.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra polis cinayətkarları yaxalayıb.
Faktla bağlı istintaq davam etdirilir.