Xəbər lenti

Siyasi işlərdə vəkil qıtlığı nədən doğur?
Siyasət14:50 01.09.2014

Siyasi işlərdə vəkil qıtlığı nədən doğur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda vəkillərin sayı çox olsaydı, bir vəkilin bir neçə şəxsi müdafiə etməsinə ehtiyac olmazdı. Müstəqil vəkillər az olduğundan bir vəkil eyni vaxtda dörd-beş nəfəri müdafiə etmək məcburiyyətində qalır”. 

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev “Media forum” saytına açıqlamasında belə deyib.

Hüquqçunun sözlərinə görə, həbs olunan ictimai-siyasi fəalların, jurnalistlərin hüquqlarını tək-tük vəkil müdafiə edir, əksəriyyət ictimai-siyasi xarakterli işlərdə müdafiəçi olmaq istəmir: “Bu özü bir göstəricidir. Siyasi işlərə çıxan vəkillər vaxt sarıdan ciddi problemlərlə rastlaşır. Həm istintaqa, həm də məhkəmələrə tez-tez getməli olurlar, bu da istintaq hərəkətlərinin və məhkəmə proseslərinin pozulmasına gətirib çıxarır. İşin keyfiyyəti də aşağı düşür. Çünki vəkil bir neçə işlə məşğul olduğundan vəsatətlərin və şikayətlərin hazırlanmasında problemlər yaranır.

Siyasi motivli işləri götürmək istəyənlər azdır. Çünki vəkilə ödəniş məsələsi elə də yaxşı olmur. Məhbus fəalların çoxunun maddi vəziyyəti pis olduğu üçün vəkilə qonorar ödəyə bilmirlər. Bəzi vəkillər qazanc güdmədən bu proseslərə qoşulurlar. Ancaq çoxluq hesab edir yalnız məvacib verilən işlərlə məşğul olmalıdır”.

Əsabəli Mustafayev deyir ki, siyasi motivli işlərlə məşğul olan vəkillərin başqa işlərdə məhkəmə prosesini udması şansı azalır: “Çünki onların özünü müxalifətçi kimi qəbul etməyə başlayırlar. Bu zaman vəkil digər işlərdə də qazancını itirir. Amma hüquqları pozulan şəxslər siyasi motivli işlərə çıxan vəkillərə çox müraciət edirlər. Çünki onları iradəli və ciddi insanlar kimi tanıyırlar”.

Qaynar.info