Xəbər lenti

Siyavuş Aslanın oğlu dəfn edildi (YENİLƏNİB)
Ölkə 15:51 06.05.2023

Siyavuş Aslanın oğlu dəfn edildi (YENİLƏNİB)

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov torpağa tapşırılıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
 
 12:51

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək.

Bu barədə Qaynainfo-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq. Əlavə edilib ki, dəfnlə bağlı bütün məsələlər üzrə köməklik göstərilib.

Çingiz Aslanov aprelin 29-da vəfat etsə də, ailəsi təhvil almadığından meyiti 7 gündən artıq morqda qalıb.

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->