Xəbər lenti

Skabeyeva: “Koronavirus haqda "dəhşətli şeylər" danışmaq lazımdır ki...”
Dünya07:10 21.04.2020

Skabeyeva: “Koronavirus haqda "dəhşətli şeylər" danışmaq lazımdır ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus haqqında "dəhşətli şeylər" söyləyin, bu, rusları özünü təcridetmə rejiminə riayət etməyə və virusun yayılmasının qarşısını almağa inandırmaq üçün lazımdır.
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Olqa Skabeyeva "60 dəqiqə" verilişində deyib. O bildirib ki, aparıcılar statistika barədə nə qədər müsbət yox, əksinə, neqativ danışsalar, izləyiciləri nə qədər çox qorxutsalar, onlar evdə o qədər yaxşı oturar, nəticədə xəstələnməzlər.
Skabeyeva deyib ki, koronavirusla bağlı keçirilən təxminən iki milyon test nəticəsində bazar ertəsi günü yoluxanların sayının əvvəlkindən daha az olub.
Alpər