Xəbər lenti

Skandinaviya ölkəsi Ukraynaya 100 milyard avro kredit vermək istəyir
Dünya 17:11 08.11.2025

Skandinaviya ölkəsi Ukraynaya 100 milyard avro kredit vermək istəyir

Norveç Ukraynaya 100 milyard avro kredit verə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" mənbələrə istinadən məlumat yayıb.

Məqalədə iddia olunur ki, Norveç Ukraynaya 1,7 trilyon avroluq Milli Suveren Sərvət Fondu ilə təmin edilmiş 100 milyard avrodan çox hərbi kredit vermək təklifini müzakirə edir.

Bir gün əvvəl Britaniyanın "Financial Times" qəzeti Rusiya Bankının dondurulmuş aktivlərindən 140 milyard avro köçürmə planı həyata keçirilməsə, Avropa Birliyi ölkələrinin Ukraynaya kredit üzrə faiz ödəməyə məcbur olacağını bildirmişdi.

Avropada dondurulmuş Rusiya aktivlərinin əksəriyyəti - 200 milyard avrodan bir qədər çoxu - Belçikadakı Euroclear depozitariyasında bloklanıb. Platforma dəfələrlə bu vəsaitlərin müsadirəsinə qarşı çıxıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->