Xəbər lenti

Sergey Skripal danışdı
Dünya14:35 07.04.2018

Sergey Skripal danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərədə zəhərlənən sabiq rus agenti Sergey Skripal danışmağa başlayıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, son günlərdə əsas təhlükəni geridə qoyan Skripal polislə danışmağa başlayıb. 
Salzböri şəhər xəstəxanasının həkimi Kristin Blançard Skripalın vəziyyətinin sürətlə yaxşılaşdığını vurğulayıb. 
Rusiyanın Londondakı səfiri bu hadisə ilə bağlı danışaraq sabiq agentin vəziyyətinin tezliklə daha da yaxşılaşacağına və həqiqətin ortaya çıxmağına ümid etdiklərini bildirib.
Qeyd edək ki, İngiltərə Rusiyanı Sergey Skripalı zəhərləməkdə ittiham edir. 
Gülşən