
Səudiyyə Ərəbistanı hökuməti təhlükəsizlik tədbirləri üçün bəzi kompyuter və mobil telefon proqramlarını qadağan edəcəyini açıqlayıb.
Qaynar.info-nun məlumatına görə, ölkənin Telekommunikasiya və İnformasiya Texnologiyaları Komissiyasının yaydığı açıqlamada Skype, Viber və WhatsApp proqramlarının bağlanacağı bildirilib.
Komissiya 1 həftə ərzində gizli danışıqların və yazışmaların qarşısını almağın mümkün olmayacağı təqdirdə həmin proqramların dərhal bağlanacağını qeyd edib.
Səudiyyə Ərəbistanı hökuməti bu addımı ölkədə fəaliyyət göstərən cəsus şəbəkələrinin fəaliyyətinin qarşısını almaqdan ötrü atdığını deyib.
Qeyd edək ki, martın 20-də Səudiyyə kəşfiyyat orqanları 18 nəfər İran və Livan vətəndaşını cəsusluqda ittiham edərək saxlamışdı.
Qaynar.info