Xəbər lenti

“Skype” və “WhatsApp” yasaqlandı
Dünya04:12 24.10.2014

“Skype” və “WhatsApp” yasaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özbəkistanın "Uztelekom" milli provayderi "Skype", "WhatsApp", "Viber" və "Mail.Ru" Agent üzərindən edilən zəngləri bloklamağa başlayıb.

Qaynar.info "ICTnews"a istinadən məlumatına görə, adı çəkilən xidmətlərin istifadəçiləri oktyabrın 10-dan etibarən rabitənin keyfiyyətsizliyindən şikayət etməyə başlayıblar, amma KİV yalnız ötən həftənin sonunda bu haqda yazıb.

"Skype", "WhatsApp" və "Viber" vasitəsilə ünsiyyət qurmaq mümkündür,ancaq keyfiyyətli rabitə bir neçə saniyə davam edir. Bu halda messencerlərin istifadəçiləri mətn mesajlarını problemsiz göndərə bilərlər. UzNews.net onlayn nəşrinin mənbəyi əmin edir ki, rabitəni "Uztelekom" milli provayderi bloklayır.

Qaynar.info