Xəbər lenti

Slovakiya müdafiə naziri Putini Hitlerə bənzətdi
Dünya10:23 15.04.2022

Slovakiya müdafiə naziri Putini Hitlerə bənzətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiya müdafiə naziri Yaroslav Nad Putini Hitlerə bərabər şəxs adlandırıb.
Qaynarinfo "Deutsche Welle” saytına istinadla xəbər verir ki, bu barədə Slovak nazir New York Times-a açıqlamasında deyib. 
Nazir həmçinin Ukraynanın rəsmən onların gələcəyi üçün döyüşdüyünü bildirib. 
Nad bildirib ki, müharibədən qabaq Slovakiyanın müdafiə raket sistemini Ukraynaya verəcəyi ağılasığmaz idi. Ancaq biz məhz bunu etdik, - o qeyd edib. 
Bundan əlavə, Ukrayna parlamenti də Rusiyanı neo-faşist totalitar terror dövləti kimi tanıyıb. Parlament Kremlin Hitler, Mussolini və başqa faşist və nasist hərbi rejimlərin müəyyən etdiyi prinsipləri təkrar etdiyini bildirib.
Parlamentin yeni qəbul etdiyi qərarla Rusiyanın Ukraynaya müdaxiləsini simvolizə edən simvollar qadağan edilib. 
Nurlan Hüseynov