Xəbər lenti

Slovakiya prezidenti ölkədə "polis çevrilişi" cəhdini inkar etdi
Dünya11:06 18.08.2023

Slovakiya prezidenti ölkədə "polis çevrilişi" cəhdini inkar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiya prezidenti Zuzana Çaputova vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət sui-qəsdi ilə bağlı aparılan istintaqın dünənki nəticələrini "polis çevrilişi” adlandıran keçmiş baş nazir Robert Fitsoya cavab verib.
Qaynarinfo Aktuality-yə istinadən xəbər verir ki, o, bu barədə Slovakiya Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Slovakiyada polis çevrilişi olmayıb", - Çaputova bildirib.
O, prezidentin əvvəllər araşdırmadan xəbəri olduğunu və bununla bağlı göstəriş verdiyini iddia edən "siyasi partiyalardan birinin yalanı”ndan da danışıb.
Bu yalan həm də tezliklə Robert Fitsoya qarşı qaldıracağım iddianı tamamlayacaq”, - Çaputova bildirib.
Eyni zamanda Slovakiyanın baş naziri Ludovit Odor əmin edib ki, Slovakiya hüquqi dövlət olaraq qalır. Onun sözlərinə görə, prokurorluğun və məhkəmələrin nə deyəcəyini gözləmək lazımdır.
Təhlükəsizlik Şurasının iclası səhər saat 8:00-da başlayıb və təxminən bir saat yarım davam edib.
Orada keçmiş baş nazir Robert Fitsonun dövründəki yüksək səviyyəli korrupsiya işi müzakirə edilib. Slovakiya kəşfiyyat xidmətinin keçmiş və indiki rəhbərləri və daha beş polis və kəşfiyyat məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə və sui-qəsddə ittiham olunublar.
Slovakiyanın polis rəisi Stefan Hamran cümə axşamı dövlət çevrilişinə cəhdlə bağlı iki işin araşdırıldığını açıqlayıb.
Fitso iddiaları "polis çevrilişi” adlandırıb, Hamranın istefasını tələb edib, həmçinin məsələnin müzakirəsi üçün Slovakiya parlamentinin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, həmçinin hesab edir ki, qarşıdan gələn parlament seçkilərində qələbəyə xələl gətirmək üçün işlər qəsdən ona qarşı yönəlib.
Nizami Bağırov