Xəbər lenti

“Slovakiya Ukraynaya hərbi yardımı dəstəkləməyəcək” - Baş nazir
Dünya 14:32 26.10.2023

“Slovakiya Ukraynaya hərbi yardımı dəstəkləməyəcək” - Baş nazir

Slovakiyanın yeni təyin olunmuş baş naziri Robert Fitso bildirib ki, bu ölkə Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya hərbi yardım göstərilməsini dəstəkləməyəcək.
 
Bu barədə Qaynarinfo "Aktuality”yə istinadən xəbər verir.
 
Slovakiya hökumətinin başçısı oktyabrın 26-da Brüsseldə liderlərin sammiti öncəsi parlamentin Avropa işləri üzrə komitəsinin üzvləri qarşısında çıxışı zamanı Ukrayna tərəfinə köməkdən imtina etdiyini təsdiqləyib.
"Onların 10 il ərzində heç bir nəticə vermədən bir-birlərini öldürməkdənsə, 10 il sülh danışıqları aparmaları daha yaxşıdır", -deyə baş nazir vurğulayıb.O, həmçinin Rusiya Federasiyasının genişmiqyaslı müharibəsinin hazırkı mərhələsində Moskvanın "Ukraynadan daha böyük ərazi nailiyyətləri” olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 25-də "Smer-SD” partiyasının lideri Robert Fitso rəsmən Slovakiyanın yeni baş naziri olub. Bu, Slovakiyada sentyabrda  keçirilən parlament seçkilərinin nəticələrindən sonra baş verib. Seçkilərinin nəticələrinə görə ən  çox səsi Fitsonun başçılıq etdiyi "Smer-SD” toplayıb.  Bu siyasətçi açıq şəkildə Ukraynaya hərbi yardımın əleyhinədir və həmçinin iki ölkə arasında sülh danışıqlarını dəstəkləyir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->