Xəbər lenti

Slovakiya Ukraynaya S-300 verdi, əvəzində ABŞ-dan "Patriot" alacaq
Dünya19:40 08.04.2022

Slovakiya Ukraynaya S-300 verdi, əvəzində ABŞ-dan "Patriot" alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiyanın baş naziri Eduard Geger ölkəsinin hərbi arsenalına daxil olan S-300 hava hücumundan müdafiə sisteminin Ukraynaya verildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, cümə günü Kiyevdə səfərdə olan Geger bu barədə Tvitter hesabında məlumat verib.

"Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib. Ukrayna xalqı həm öz suveren dövlətini, həm də bizi cəsarətlə müdafiə edir. Bizim borcumuz kömək etmək, kənarda durmamaq və döyüş zamanı insan tələfatına göz yummamaqdır", - Slovakiya hökumətinin başçısı yazıb.
Eyni zamanda ABŞ da Slovakiyaya "Patriot” hava hücumundan müdafiə sistemini göndərəcək.
Bunu Pentaqonun rəhbəri Lloyd Austin bildirib.
"Mənim göstərişimlə ABŞ ordusunun idarə etdiyi bir "Patriot” hava hücumundan müdafiə sistemi Slovakiyaya yenidən yerləşdirir”, - Ostin bəyanatında bildirib.
O qeyd edib ki, kompleksin və ona xidmət edən komandanın gəlişi yaxın günlərdə gözlənilir:
"Onların qalma müddəti hələ müəyyən edilməyib, biz hava hücumundan müdafiə sahəsində Slovakiya hökuməti ilə məsləhətləşmələri davam etdiririk”, - o əlavə edib.
Aydın
Qaynarinfo