Xəbər lenti

Smartfonlar sürücülük vəsiqəsini əvəz edəcək
Dünya04:15 09.09.2016

Smartfonlar sürücülük vəsiqəsini əvəz edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanda sürücülük vəsiqəsinin surətini “DigiLocker” adlı mobil proqrama yükləməyə icazə verilib.

ICTnews xəbər verir ki, “Sürücülük vəsiqəsi rəqəmli versiyaya keçir” adlanan yeni sistem barədə hindistanlı siyasətçi Ravi Şankar Prasad öz “Twitter” hesabında məlumat paylaşıb.

Yeni sistemdə sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımalı olmayacaq, sadəcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.

Mobil proqramda qeydiyyatdan keçmək üçün telefon nömrəsini daxil etmək lazımdır.(axşam.az)

Qaynarinfo.Az