Xəbər lenti

Smartfonlar üçün özü bərpaolunan şüşə yaradıldı
Dünya20:10 05.04.2017

Smartfonlar üçün özü bərpaolunan şüşə yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kaliforniya Universitetindən bir qrup kimyaçı elektrik keçirə bilən özü bərpaolunan material yaradıb.

Trend-in məlumatına görə, bu material smartfonlar üçün ekran qismində istifadə oluna bilər.

Mütəxəssislər qeyd edir ki, bu material sınaqlar zamanı cızıq və kəsiklərə qarşı davamlılıq nümayiş etdirib. Material yarıya bölündükdə belə 24 saatdan az müddətdə bitişir.

Belə ki, bu materialın tərkibində olan ion və molekullar bir-birinə doğru hərəkət edərək üz qabığının birləşməsinə səbəb olur.

Qaynar.Az