Xəbər lenti

SN-in vəzifədən azad olunan Aparat rəhbəri: "Istefa verdim"
Ölkə07:25 06.09.2021

SN-in vəzifədən azad olunan Aparat rəhbəri: "Istefa verdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vəzifəmdən istefa verdim, çoxdandır bunu xahiş edirdim. Axır ki, icazə verdilər". 
Qaynarinfo xəbər verir ki, bunu "Report"a Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunan Nadir Zeynalov deyib.
"Vəzifədən çıxmağıma səbəb isə elmi fəaliyyətimi davam etdirmək məqsədi olub. Fəaliyyətimi Azərbaycan Tibb Universitetində davam etdirirəm. Çünki iki işi bir yerdə görmək mümkün olmayıb" deyə N.Zeynalov bildirib.
Xatırladaq ki, N.Zeynalov 2019-cu ildən nazirliyin Aparat rəhbəri vəzifəsində çalışırdı.