Xəbər lenti

Snouden kitabına görə qonorar ala bilməyəcək: ABŞ məhkəməsindən qərar
Dünya16:01 18.12.2019

Snouden kitabına görə qonorar ala bilməyəcək: ABŞ məhkəməsindən qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden yeni "Şəxsi iş” (Permanent Record) kitabının satışından gəlir əldə edə bilməyəcək.
 
Qaynarinfo xəbər verir ki, bu haqda kp.ru saytı məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Virciniya əyalətinin Şərqi Rayon Məhkəməsi xüsusi agentin dərc etməzdən əvvəl kitabının mətnini keçmiş işəgötürənə (MTA) göstərmədiyi üçün bir zamanlar aralarında bağlanmış müqavilənin şərtlərini pozduğunu hesab edib. 
Üstəlik, kitabda gizli məlumatların yer aldığı da təsbit edilib.