ABŞ-ın Nyu-York şəhərinin Bronks qəsəbəsində yaşayı binası yanıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, dəhşətli yanğın binanın birinci mərtəbəsində yaşayan ailənin 3 yaşlı uşağının soba ilə oynaması nəticəsində baş verib. Ana övladlarını götürüb çıxsa da, qapı açıq qaldığından yanğın bütün binaya yayılıb.
Faciədə 4-ü uşaq olmaqla 12 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.
Hadisə Nyu-Yorkda son 25 ildə baş verən ən böyük yanğın faciəsi kimi qeydə alınıb.
Daha bir bədbəxt hadisə isə Hindistanın Munbay əyalətində baş verib. Belə ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranda keçirilən ad günü mərasimi faciə ilə bitib. Mərasim zamanı çıxan yanğında 11-i qadın olmaqla, 15 nəfər ölüb, 50 nəfər yaralanıb.