Xəbər lenti

Sobçak: “Nurməhəmmədov islamçıları terrora təhrik etdi”
Dünya13:06 03.11.2020

Sobçak: “Nurməhəmmədov islamçıları terrora təhrik etdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vyanada terror aktını təşkil edənlər normal qanuna tabe olan müsəlmanları biabır ediblər.

Qaynarinfo xəbər verir ki, bu sözləri televiziya aparıcısı Kseniya Sobçak öz İnstaqram kanalında yazıb. O ötən gecə Avstriya paytaxtında üç nəfərin atışma nəticəsində öldüyü hadisəni "ağlasığmaz" adlandırıb. Sobçak hesab edir ki, sivilizasiya ilə bağlı fikirlərdə möhkəm durmaq lazımdır.

Televiziya ulduzu, eyni zamanda, Rusiya güləşçisi və UFC-nin mütləq çempionu Həbib Nurməhəmmədova və daha əvvəl onu təhdid edənlərə müraciət edib. "Öz auditoriyanız qarşısında məsuliyyətinizi bilirsinizmi? İslamçıları - ekstremistləri qanlı terrora təhrik etmək çox asanmış”. Sobçak əlavə edib ki, məhv etmək və öldürmək yaratmaq və rövnəqləndirməkdən daha asandır.

Xatırladaq ki, Nurməhəmmədov Fransa prezidentinin üzündə çəkmə izi olan fotoşəkli şəbəkədə yayımlamasından sonra qalmaqalın mərkəzində olub. O, Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlı mövqeyinə görə Makronu sərt tənqid edib, bundan sonra güləşçi bir çox Qafqaz idmançısı tərəfindən dəstəklənib.

Xatırladaq ki, Vyanada polis bir terrorçunu tutub, digərini məhv edib. Tutulan şəxs ərəbdir, öldürülən isə Alban əsilli olub.

Alpər