
2014-cü il mayın 2-də Odessada baş verən faciənin zərər çəkmiş şahidləri bu amansız qətliamla bağlı Avropa parlamentində məlumat veriblər.
İnsanlara qarşı xüsusi qəddarlıqla həyata keçirilən terrorun ayrı-ayrı detalları açıqlanıb. Çıxış edənlər hadisənin törədilməsində Ukraynanın o vaxtkı rəhbərliyinin məsuliyyət daşıdığını Avroparlament üzvlərinin diqqətinə çatdırıblar.
Aktual.az Rusiya mediasına istinadən bildirir ki, gözlənildiyinin əksinə olaraq, Polşa təmsilçiləri istisna olmaqla, Avropa parlamenti üzvlərinin əksəriyyəti çıxışları laqeydliklə qarşılyıb, heç bir reaksiya verməyib. Yalnız bir neçə deputat faciənin mahiyyəti ilə tanış olmaq üçün Ukraynaya getmək istədiyini bildirib.
Odessa faciəsinin zərər çəkənləri Avroparlamentin bu qanlı terrora laqeyd münasibətindən narazı qalıblar.