Həftəsonu İngiltərənin paytaxtı Londonda toplaşan qida sənayesi nəhəngləri pessimist açıqlamarı ilə gündəmə gəliblər.
ANN.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, toplantıda bildirilib ki, 2020-ci ilə qədər dünyada şokoladın hazırlanmasında xam maddə olan kakao qıtlığı baş verəcək. Buna görə də qida nəhəngləri indidən şokolad məhsullarının qramajını aşağı salmağı planlaşdırırlar. Gələn ildən etibarən, şokoladdakı kakaonun miqdarı azaldılacaq, fındıq, meyvə kimi məhsulların kütləsi artırılacaq. Bundan savayı, şokolad məhsullarının qiymətinin kəskin şəkildə artacağı gözlənilir.
Rəsmilər qarşıdakı illərdə şokolad məhsullarının lüks qidalar arasına girəcəyini deyirlər. Rəsmilər həmçinin qeyd ediblər ki, Çindəki avtomativ sənaye üçün lazımlı kauçuk ağacı kakaonun yerini əvəz etməyə başlayıb. Qaynar.info