Yəmənin Sokotra adasında baş verən qasırğa nəticəsində 1 gəmi batıb, 17 nəfər itkin düşüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər kömək üçün beynəlxalq müraciət ünvanlayıb, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrindən yardım istəyib. Ada fəlakət zonası elan edilib. Bəzi nəqliyyat vasitələri sel suları tərəfindən aparılıb.
Ada valisi Rəmzi Mahrus ərazidəki infrastrukturun qasırğa qarşısında aciz qaldığını bildirib. Çox sayda insanın təxliyyə edilməsi üçün göstəriş verilib.
Gülşən