Televiziya aparıcısı Vladimir Solovyov Adolf Hitler haqqında birmənalı olmayan fikirlər işlədib.
Qaynarinfo xəbər verir ki, o müxalifət lideri Aleksey Navalnı haqqında danışarkən onu faşist Almaniyasının füreri ilə müqayisə edib və müqayisə heç də rusların xeyrinə olmayıb.
"Bu arada, Hitler şəxsən çox cəsur bir adam olub", - Solovyov deyib.
O deyib ki, baş nasist "bu qulfikfürerdən fərqli olaraq" ordudan uzaq olmayıb. "Hitler gəncliyində Birinci Dünya Müharibəsi savaşlarında "cəsarətlə vuruşub", - deyə Solovyov əlavə edib.
Alpər