Soloviev.Live telekanalı cümə axşamı Moskva vaxtı ilə saat 7.00-da Euronews tezliklərində yayıma başlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Kanalın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Bu gün Moskva vaxtı ilə səhər saat 7.00-da "Solovyov.Live” telekanalı Euronews ("Evronovosti") tezliklərində fasiləsiz yayımına başlayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, canlı yayımı bütün mövcud platformalarda - televiziya, radio, sosial şəbəkələr, messencerlərdə izləmək olar.
Xatırladaq ki, martın 8-dən etibarən "YouTube" videohostinqi rusiyalı teleaparıcı Vladimir Solovyovun "Solovyev Live" kanalını bloklayıb. Kanal "YouTube" platformasında icma qaydalarını pozduğuna görə dayandırılıb. Bundan əlavə, "Vladimir Solovyovla axşama" kanalı da silinmişdi.
Qeyd edək ki, Vladimir Solovyov Ukrayna əleyhinə təbliğatı ilə tanınır. Ukraynaya qarşı çıxışlarına görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını "qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsində Ermənistanın fəal təbliğatçısı olub. O, Azərbaycan əleyhinə təbliğat aparır.
Alpər