Xəbər lenti

Soma faciəsi əvvəldən planlaşdırılıb - ŞOK FOTO
Dünya17:54 16.05.2014

Soma faciəsi əvvəldən planlaşdırılıb - ŞOK FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə mədəndə yaşanan faciəylə bağlı şok iddia ortaya atılıb.
 
Qaynar.info "Axar.az"-a istinadən xəbər verir ki, Soma faciəsindən 1 həftə əvvəl Feysbuk sosial şəbəkəsində "Manisa Soma" adlı səhifə açılıbmış.
 
9 min üzvü olan "Manisa Soma" adlı sosial şəbəkədə hökumət əleyhinə fotolar və bir sıra paylaşımlar edilirdi.
 
 Feysbuk səhifəsinin açılması təxribat xarakteri daşıdığı iddia olunur.
 
Mütəxəssislər səhifənin başqa adda açıla biləcəyini və sonra adının dəyişdirilərək "Manisa Soma" edilə biləcəyi ehtimalını ortaya atırlar. Ancaq bu, Feysbuk səhifəsinin 1 həftə əvvəl açılması bir sıra şübhələrə yol açıb.
 
Qeyd edək ki, Feysbukdakı "Manisa Soma" adlı səhifə xəbərin mediada yayımlanmasından sonra bağlanıb.

Qaynar.info