
Soma Holdinqin sahibi olan Alp Gürkanın masonlarla əlaqəsi ortaya çıxıb.
“Axar.az” xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Mətbuat Tvitterdə artıq onun masonlarla əlaqəsini ortaya çıxaran sənədləri də yayımlamağa başlayıblar:
“Soma faciəsindən sonra hökumət əleyhdarı olan qəzetlərin niyə Alp Gürkanla bağlı heç bir tənqidə yol vermədikləri bəlli olub. Tvitterdə mədən sahibinin 2000-ci ildə yazdığı “Masonluğun nuru” adlı məqaləsi artıq əsas səs-küyə səbəb olan hadisələrdən birinə çevrilib. Məqalə “Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojası Dərnəyi”nə aid olan “Memar Sinan” adlanan jurnalda yayımlanıb”.
Qaynar.info

