Xəbər lenti

Somada ölənlərin sayı 283-ə çatdı- 114 mədən bağlanılıb
Dünya18:54 15.05.2014

Somada ölənlərin sayı 283-ə çatdı- 114 mədən bağlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Somadakı faciədən sonra aparılan xilasetmə işlərindən danışıb. 
Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, daha bir fəhlənin cəsədi uçqun altından çıxarılıb.
“Hazırda xəstəxanalarda 3 xəstəmiz qalıb. O biriləri xəstəxanalardan çıxarılıb. Onların həyatı üçün təhlükə yoxdur”-deyə, nazir mədəndəki yanğınla bağlı açıqlama verib.
Nazir deyib: “Yanğın tamamilə sönməyib. Ancaq böyük bir hissəsi söndürülüb. İşçi qardaşlarımızın cənazələrini ailələrinə verəcəyik.
“Məsuliyyət daşıyanların göz yaşlarına baxmayacağıq ”- demişdim. İlkin olaraq, inzibati istintaqa başlamışıq ”.
Onun sözlərinə görə, 114 mədən ocağı bağlanılıb.
Qeyd edək ki, Soma faciəsinin yaşadığı daş kömür mədənində yanğın söndürülüb.  Mədən dəm qazından təmizlənib. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirmək üçün şaxtaya daxil olub.
Qaynar.info