
Mədəndə yeni yanğın başlayıb, xilasedicilərin təxliyyəsinə başlanılıb
"Somadakı faciə baş verən mədəndə yenidən yanğın başlayıb".
ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib. O bildirib ki, mədəndə başlayan yanğın artıq 1 saatdır ki davam edir: "Bu yanğını söndürmək lazımdır. İçəridə qalan işçi qardaşlarımızı tez bir zamanda çölə çıxarmalıyıq".
Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 299 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qaynar.info