Xəbər lenti

Somalidə milyonlarla insan aclıq riski ilə üz-üzə: 2011 təkrarlana bilər
Dünya15:17 12.04.2022

Somalidə milyonlarla insan aclıq riski ilə üz-üzə: 2011 təkrarlana bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Somalidə milyonlarla insan aclıq riski ilə üzləşib.
Qaynarinfo Alarabiya saytına istinadən xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda deyilir.
Kəskinləşən quraqlıq ən çox gənc insanları risk altında qoyub.
"Somalidə yağış azlığı, artan ərzaq qiymətləri və böyük dərəcədə maliyyə kəsintilərinə görə əhalinin 40%-i aclıqla üz üzədir”, - açıqlamada deyilir.
Xəbər verilir ki, ölkənin bir çox hissəsində dəhşətli quraqlıq hökm sürür. BMT qurumları yetəri qədər maliyyə yardımı olmadığı üçün 2011-ci il aclığının təkrar baş vermə ehtimalı barədə xəbərdarlıq edirlər.
"Biz demək olar ki, yeməyi aclardan alıb, aclıqdan ölmək üzə olanlara veririk”, - BMT ərzaq proqramının Somali üzrə nümayəndəsi El Khidir deyib. O, ölkədəki vəziyyəti humanitar faciə adlandırıb.
Son hesabata görə, ölkə əhalisinin 6 milyonu və ya 40% son dərəcə kəskin ərzaq təhlükəsizliyi ilə üz üzədir.
Ölkədə 1.4 milyon uşağın qidasız qaldığı bildirilir.
Nurlan Hüseynov